Bulum:
چهارشنبه 23 اسفند 1391     Yazar: seysanli
+ به يه ن

Sadiq Nəcəfi bu müalicə mərkəzinin 7 min kvadrat metrlik bir ərazidə yerləşəcəyini və 4 mərtəbəli bir binadan ibarət olacağını deyərək, vurğulayıb: 20 milyard rial sərmayə ilə quraşdırılacaq bu layihə İran Culfasında yerləşəcək.

Sadiq Nəcəfi Beynəlxalq Səhər Kanalının Təbrizdəki müxbiri ilə müsahibədə deyib: Bu layihənin istifadəyə verilməsi ilə ayaqüstü cərrahiyyə əməliyyatlarına ehtiyaclı xəstələrə burada təcili və təxirəsalınmaz tibbi xidmətlər göstəriləcək. Mürəkkəb və ixtisaslaşdırılmış cərrahiyyə əməliyyatlarına ehtiyaclı xəstələr isə xüsusi nəzarət altında Şərqi Azərbaycan vilayətinin mərkəzində yerləşən xəstəxanalara köçürüləcəklər.

S.Nəcəfi həmçinin, Araz Azad Ticarət Zonasında tikilməsi planlaşdırılan Ürək və Damar Mərkəzinin yaradılması istiqamətində özəl sektor ilə danışıqların aparıldığına işarə edərək, deyib: Özəl sektorun da müsbət qarşıladığı bu müalicə mərkəzi əsasən cərrahiyyə və ürək xəstəlikləri ilə əlaqədar olacaq. Və bu mərkəzin təsis ediləcəyi təqdirdə ürək cərrahiyyəsi bölməsinin kənarında doğum evi, uşaq poliklinikası və qadın xəstəlikləri bölməsi də təsis ediləcək.

Sadiq Nəcəfi əlavə edib: Bu mərkəzin təsis edilməsi üçün ilkin hesablamalara görə, 750 milyard rial vəsait lazımdır. Layihənin icra əməliyyatı isə 42 aya ehtiyaclıdır.

Araz Azad Ticarət Zonasının icraçı direktoru Sadiq Nəcəfi əlavə edib: Qonşu ölkələrdən müalicə məqsədilə Şərqi Azərbaycan və qonşu vilayətlərə müraciət edən turistlərin sayının çoxluğunu nəzərə alaraq, sərhəd məntəqəsində belə bir klinikanın yaradılması müalicə turizminin inkişafına rövnəq verə bilər.

S.Nəcəfi daha sonra deyib: Bu layihədə mehmanxanalar və otellərin yaradılmasına da münasib imkan var.

Nəcəfi yeni yaradılacaq klinikada fizioterapiya, ultrasonik müayinə, radioloji, diaqnostika, ənənəvi tibb və sair sahələrdə xidmətlərin göstərilməsi nəzərdə tutulub.