Bulum:
چهارشنبه 23 اسفند 1391     Yazar: seysanli
+ به يه ن
Martın 20-dən 27-nə kimi iş olmayacaq . Novruz bayramı ilə əlaqədar martın 20-dən tətil günləri başlayır

İslaminsesi.az xəbər portalının verdiyi məlumata görə, Martın 20-dən 27-nə kimi iş olmayacaq .

Novruz bayramı ilə əlaqədar martın 20-dən tətil günləri başlayır.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli “Qafqazinfo”ya xəbər açıqlamasında bildirib ki, bayram tətili martın 26-na kimi davam edəcək: “Martın 20-dən 24-nə kimi bayramdır. Ayın 23-ü və 24-ü şənbə-bazar günlərinə düşdüyü üçün iş günü martın 27-dən başlayır”.

Azərbaycan Respublikasmının 30 dekabr 2005-ci il tarixli "Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında" qanununa əsasən, bayram günləri həftə sonlarına təsadüf edirsə, onlar avtomatik olaraq sonrakı iş günlərinə köçürülürlər.